Volqoqrad vilayətinin sakini, insan ürəyi yeyən və bu və digər cinayətlərə görə məhkum olunmuş Dmitri Malışev Ukraynadakı müharibdən qayıdıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Raxinski kənd qəsəbəsinin başçısı təsdiqləyib ki, Malışev Volqoqrad yaxınlığındakı doğulduğu Raxinka kəndindədir. Adamyeyən Ukraynadakı müharibədən yaralanması səbəbindən qayıdıb.
“O da ilin əvvəlində də yaralanması səbəbindən gəlmişdi, lakin sonra geri qayıtdı. Onunla şəxsən danışdım. Çənəsində problem, əlində qəlpə var. Deyəsən, sağalır. Dünən onu mağazada görüb salam verdim. Mənə dediyi kimi, indi müalicəsini başa vurub müharibəyə qayıdacaq”, - məmur açıqlama verib.