İmişlidə “Mercedes” aşdı: Qadın sərnişin  öldü
25 sentyabr 2024 21:48 (UTC +04:00)

İmişlidə “Mercedes” aşdı: Qadın sərnişin öldü

İmişlidə avtomobil qəzası baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir magistralının İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişin Beyləqan sakini, 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı alıdığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464
avatar

Oxşar yazılar