Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
39 yaşlı Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə "İmam Rza" məscidinin qarşısında qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 58 yaşlı Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyən edilib.