İki xarici təyyarə Bakıda məcburi eniş etdi
17 dekabr 2022 11:21 (UTC +04:00)

İki xarici təyyarə Bakıda məcburi eniş etdi

0

Tailanddan Gürcüstana uçan təyyarə Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Lent.az-a verilən xəbərə görə, Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Bakıda eniş sorğusu göndərib.
 
“Airbus A330” təyyarəsi yerli vaxtla saat 9:13-də Bakı hava limanına eniş edib.

Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın "LOT" aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 7:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1754

Oxşar yazılar