Bakıda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Bakı şəhər Nizami rayon sakini Zeynəb Nəriman qızı Bayramova iyunun 20-də saxlanılaraq Binəqədi rayon Polis idarəsinə təhvil verilib.