Bakıda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.
Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları metronun “20 Yanvar” və “Qara Qarayev” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 42 yaşlı Rlşən Hüseynovu və 18 yaşlı Nurlan Hümbətovu müəyyən edərək, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriblər..
Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmlar davam etdilir.