İki avtomobil toqquşdu, xəsarət alan var
22 may 2021 17:04 (UTC +04:00)

İki avtomobil toqquşdu, xəsarət alan var

Şəkidə baş verən yol qəzasında azyaşlı xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 42-ci kilometrliyində, Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəki rayonu Çələbixan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Orxan Asəf oğlu Muradovun idarəetdiyi "QAZ" markalı, 99 JT 312 dövlət nömrə nişanlı avtomobillə Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əfqan Nağdalı oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı 10 KZ 045 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhəd Hafiz oğlu Heydərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

# 1500
avatar

Oxşar yazılar