Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
İ.İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.