İçərisində 9 minə yaxın pul olan terminal oğurlandı
23 dekabr 2022 19:28 (UTC +04:00)

İçərisində 9 minə yaxın pul olan terminal oğurlandı

0

Cəlilabadda ödəmə terminalı qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Üçtəpə kəndində yerləşən marketlərin birindən içərisində 8780 manat olan ödəmə terminalı oğurlanıb.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş L.Qənbərov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2100

Oxşar yazılar