İcarədar pulu vermədi, sahibkarı ölümlə hədələdi
29 dekabr 2022 13:08 (UTC +04:00)

İcarədar pulu vermədi, sahibkarı ölümlə hədələdi

0

Kürdəmir sakini ölümlə hədələnib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Qocalı kəndi ərazisində yerləşən fermasını Ağsu rayon sakini V.Vahidova icarəyə verən rayon sakini ondan icarə pulunu ala bilməyib. Həmçinin icarədar sahibkarı tüfənglə hədələyib. Bu barədə dekabrın 28-də polisə məlumat daxil olub. 

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağsu rayon sakini V.Vahidovadan qanunsuz saxladığı “İJ” və “TOZ” markalı 2 ədəd ov tüfəngi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1731

Oxşar yazılar