Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrində iyulun 2-də ağır yol qəzası olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 2-də gecə 16 radələrində baş verib. Məcid Şahlar oğlu Ağayev idarə etdiyi "Lada Priora” markalı avtomobildə Bəhramtəpə qəsəbəsi istiqamətində idarəetməni itirib.
Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Əhilov Nəsimi Novruz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.