İsveç zooparkından qaçan dörd meymun, o cümlədən şəkil çəkməklə məşhur olan şimpanze Santino güllələnib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd edilir ki, keçən həftə İsveçin şərqindəki Furuvike zooparkının ərazisindən bir neçə heyvan qaçıb. Dörd meymunun ələ keçirilməzi zamanı insanlar üçün təhlükəli olduqları üçün güllələnmək məcburiyyətində qalıblar.
Onların arasında rəsm çəkməyi bilən məşhur şimpanze Santino da olub. Onun əsərlərindən biri vəliəhd şahzadə Viktoriyaya hədiyyə edilib. Sonradan rəsm beş ilə on min dollar arasında satılıb. Bundan əlavə, Santino planlaşdırmağı, eləcə də daşları toplamağı bilirdi ki, sonradan onları atsın.
“Meymunlar qapalı yerlərdən çıxanda həm parkda, həm də ondan kənarda insanların həyatı təhlükə altında idi. Bu, öldürmək üçün atəş açmaqdan başqa variantın olmadığı kritik bir vəziyyət idi”, - parkın direktoru Sandra Uilke vurğulayıb.
Meymunların qəfəslərdən necə çıxa biləcəyi hələ müəyyən edilməyib. “Baş verənlər faciədir. Bütün bu vəziyyətdən çox üzüldük və bu, bizim tərəfimizdən ciddi uğursuzluqdur", - zooparkın nümayəndələri deyiblər.
Ceyn Qudall İnstitutunun prezidenti Patrik van Vin, bütün məlumatlara malik olmadığı üçün bunun düzgün qərar olub-olmadığını qiymətləndirə bilməyəcəyini söyləyib.
İndi baytarlar saxlanılan və geri qaytarılan bəzi heyvanlara nəzarət edir və onların sağlamlıq vəziyyətini qiymətləndirirlər. Bundan əlavə, meymunlar yenidən qaçma riskini aradan qaldıran təhlükəsiz qapaqlara yerləşdirilib.