Bakıda külli miqdarda tikinti materialları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 19-na keçən gecə Qaradağ rayonu Puta qəsəbəsi ərazisində baş verib. Bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.
Araşdırma aparılır.