Həbsxanaya narkotik keçirmək istəyən BU ÜSULA ƏL ATDI
12 fevral 2022 11:30 (UTC +04:00)

Həbsxanaya narkotik keçirmək istəyən BU ÜSULA ƏL ATDI

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 127.2.1; 228.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Novruz Qədir oğlu Orduxanlıya qonşusu Abşeron rayon sakini İlqar Şamil oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan gödəkçənin qollarının astar hissəsinə xüsusi üsulla tikilmiş 3 ədəd parçaya hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,486 qram olan narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar