Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Kənan Kazım oğlu İsmayılova tanışı, Bakı şəhər sakini Hədiyyə Ağamusa qızı Əskərovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan şirniyyatın içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 3,725 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.