İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərindəki həbsxanada baş verən yanğın nəticəsində ən azı 40 adam ölüb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yaralılar da var, onların sayı dəqiqləşdirilir.
Sentyabrın 7-dən 8-nə keçən gecə başlayan yanğın artıq söndürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.