Həbsdəki gömrük generallarından  YENİ XƏBƏR
05 yanvar 2023 10:45 (UTC +04:00)

Həbsdəki gömrük generallarından YENİ XƏBƏR

0

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub. 

Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2099

Oxşar yazılar