İctimai fəal Bəxtiyar Hacıyev həbs olunması ilə bağlı apelyasiya şikayəti verib.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.
Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.