Hava limanında saxlanılan Yeganə Əmiraslanova sərbəst buraxılıb.
Vəkil Cavad Cavadov bildirib ki, Y.Əmiraslanova Almaniya reysi ilə ölkəni tərk edib.
***
saat 12:12
Jurnalist Yeganə Əmiraslanovanın ölkədən çıxışına imkan verilməyib.
Lent.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, qeyd edib ki, Almaniya vətəndaşı olan Y.Əmiraslanova bir müddət əvvəl Baş Prokurorluğun İstintaq İdarəsində şahid qismində dindirilib.
Y.Əmiraslanova bu gün ölkədən çıxarkən hava limanında saxlanılıb.