Harri Kasparov həbs olundu
25 aprel 2024 12:09 (UTC +04:00)

Harri Kasparov həbs olundu

Rusiyanın Sıktıvkar Şəhər Məhkəməsi xarici agent kimi tanınan, ekstremist və terrorçular siyahısına daxil edilmiş şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov, ekoloji fəal Yevgeniya Çirikovo və siyasətçi İvana Tyutrinanı qiyabi həbs edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddəti onların tutulduğu andan, əgər onlar xarici ölkədə saxlanılıbsa, Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.

Onlar hər birinin rolundan asılı olaraq terror cəmiyyəti yaratmaqda, ona rəhbərlik etməkdə, terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və onlara ictimai bəraət qazandırmaqda ittiham olunurlar.

FSB-nin Komi üzrə departamentinin materialları əsasında cinayət işi açılıb.

Məhkəmə qərarları hələ qanuni qüvvəyə minməyib.

Qeyd edək ki, H. Kasparov 1963-cü ildə Bakıda anadan olub. Şahmatçı dəfələrlə dünya, Rusiya və SSRİ çempionluğunu qazanıb. 11 dəfə "Şahmat Oskarı"nın sahibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Oxşar yazılar