Sverdlovsk vilayətinin Svobodnı şəhərinin sakini gizli şəkildə hamamda uşaq dünyaya gətirib və yeni doğulmuş uşağı qar uçqunu altında basdırıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, heç kimin onun hamilə olmasından xəbəri olmayıb. Hətta əri də bundan xəbərsiz olub. Qadın tezliklə doğuşa başlayacağını hiss edəndə ərinə yalandan belinin ağrıyaraq klinikaya gedəcəyini deyib və hamama gedib. Qadının qayınatası təsadüfən uşaq dünyaya gətirmiş qadını görərək, təcili yardım çağırmaq üçün qaçıb və qayıtdıqdan sonra uşağı artıq gəlinin əlində görməyib.
Yeni doğulmuş körpə hamamın yaxınlığında qar uçqunu altında basdırılmış vəziyyətdə tapılıb. Doğuşda olan ananın qohumu onu isindirib və həkimlərə təhvil verib. Körpəyə hipotermiya diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.