Hacıqabulda baş verən qəzada iki məktəbli ölüb.
Lent.az xəbər verir ki, hadisə Abdulabad-Muğan yolunda qeydə alınıb. 38 yaşlı Şirəliyev Rəfail Əlizamin oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobil aşaraq, 40 metr sürüklənib. Nəticədə avtomobildə olan məktəblilər 13 yaşlı Abuşov Məhəmməd Şamo oğlu və 15 yaşlı Şirəliyev Əliyar Rəfail oğlu ölüblər. Həmçinin sürücü və digər sərnişini olan məktəbli 9 yaşlı Abuşov Pənah Şamo oğlu isə xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.