Hacıqabul sakinlərində narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nuru Mirzəyev və Fərid Talıbov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.