Hacıqabulda kişi faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 61 yaşlı Abışov Rahim Abı oğlu qohumu İlhamın iaşə obyektində söküntü işləri aparırmış.
Bu zaman beton panel onun üzərinə düşüb. Nəticədə R. Abışov betonun altında qalaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.