Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNİB
14 fevral 2022 08:16 (UTC +04:00)

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNİB

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
 

***

00.10

Ötən gün həm Ermənistanda, həm Gürcüstan-Ermənistan sərhədində, həm də Gürcüstanda zəlzələ olub. 

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 
Ən güclü təkan Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ zamanı qeydə alınıb. Bu səbəbdən titrəyişlər Azərbaycanın hər iki ölkə ilə həmsərhəd olan qərb rayonlarında hiss olunub.
 

***

23.22

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub. 

Respublika Seysmoloji Xidmətindən Lent.az-a bildirilib ki, zəlzələnin maqnitudası 5,9 olduğu üçün güclü hesab edilir. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7704
avatar

Oxşar yazılar