Göygöldə zəncirvari qəza: xəsarət alanlar var
13 may 2021 16:29 (UTC +04:00)

Göygöldə zəncirvari qəza: xəsarət alanlar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı-Göygöl avtomobil yolunun rayonun  Çaykənd kəndində  keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Hyundai markalı minik maşını ilə “Mercedes” markalı minik avtomobili  toqquşub. Bu zaman hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşan avtomobillərə çırpılıb.

Qəzadan sonra “Mercedes” yoldan çıxaraq aşıb. Qəza zamanı 1991 ci il təvəllüdlü Rzayeva Aysel və daha bir nəfərə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar