Göygöldə yaşayış evi yandı
28 avqust 2021 08:23 (UTC +04:00)

Göygöldə yaşayış evi yandı

Göygöl rayonunun Yeni Qızılca kəndində yanğın baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 160 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik  ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1218
avatar

Oxşar yazılar