Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 36 yaşlı Cəfərov Emin Əlivənd oğlunun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
***
Saat: 01:18
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
***
23.29
Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, bu, Cəfərov Emin Əlvan oğludur.
***
23.07
Xəbərə foto əlavə olunub.
***
***
22.30
Göygöldə binanın zirzəmisi çöküb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və FHN-in xilasediciləri cəlb olunub. Hazırda xilasetmə işləri gedir.