Göygöldə  AĞIR QƏZA:   Ölən və xəsarət alanların kimliyi məlum oldu -FOTO -YENİLƏNİB
31 avqust 2024 04:50 (UTC +04:00)

Göygöldə AĞIR QƏZA: Ölən və xəsarət alanların kimliyi məlum oldu -FOTO-YENİLƏNİB

Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən "VAZ 2106"nın sürücüsü Samux rayon sakini 1992-ci il təvəllüdlü R.Muradovdur.

Xəsarət alanlar isə "VAZ 2106"nın sərnişini Samux rayon sakini 1995-ci il təvəllüdlü Ə.Aslanov və "Hyundai" markalı maşının sürücüsü 1986-cı il təvəllüdlü T.Babayev və onun sərnişini 1989-cu il təvəllüdlü N.Həsənovadır.


***
00:54

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar