Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər veri ki, hadisə bu gün axşam saat 22:00 radələrində şəhərin Heydər Əliyev prospektində yerləşən mağazanın qarşısında qeydə alınıb.
Sürətlə hərəkət edən 99-İY-075 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili mağazadan işdən çıxaraq yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı övladını vurub.
Yaralılar yaxınlıqdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.
Qadının vəziyyəti ağır olaraq qalır.
Piyadaları vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.