Göyçayda "Jiquli" ilə toqquşan motosikletin sürücüsü  öldü
26 iyun 2025 15:59 (UTC +04:00)

Göyçayda "Jiquli" ilə toqquşan motosikletin sürücüsü öldü

Qəzaya düşən 28 yaşlı oğlan xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, bu gün saat 14 radələrində Göyçay şəhəri ərazisində “VAZ-2107” və motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 28 yaşlı Kamil Abdullayev xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar