Göyçayda avtomobil hasara çırpıldı, 3 nəfər xəsarət aldı
07 avqust 2022 23:55 (UTC +04:00)

Göyçayda avtomobil hasara çırpıldı, 3 nəfər xəsarət aldı

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Süleymanlı Fəhmin Şahin oğlu “Naz Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman maşın yoldan çıxaraq mal-qara fermasının hasarına çırpılıb.

Hadisə zamanı sürücü Fəhmin Süleymanlı və sərnişinlər - 1956-cı il təvəllüdlü Behbudova Südabə Nəsrəddin qızı, 1980-ci il təvəllüdlü Nuriyev Famil Rafiq oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1002
avatar

Oxşar yazılar