Göyçayda 11-ci sinif şagirdi intihar etdi
14 avqust 2021 05:35 (UTC +04:00)

Göyçayda 11-ci sinif şagirdi intihar etdi

5

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın yerli bürosunun xəbərinə görə, hadisə axşam saat 22:30 radələrində rayonun Ulaşlı Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 2005-cinil təvəllüdlü Rüstəmov Kənan Arif oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Valideynləri Kənan Rüstəmovu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Ulaşlı Şıxlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan K.Rüstəmovun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 4226

Oxşar yazılar