Goranboyda yük maşını mağazaya çırpıldı,  yaralı var -FOTOLENT
07 sentyabr 2025 18:04 (UTC +04:00)

Goranboyda yük maşını mağazaya çırpıldı, yaralı var -FOTOLENT

0

Goranboyda yük maşının mağazaya çırpılmasının bəzi təfərrüatları məlum olub.

Türkiyə vətəndaşı 2002-ci il təvəllüdlü Ş.T.Əli oğluu "Mercedes" markalı TIR yük maşını ilə Bakı- Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.

O, dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış VAZ 2104 markalı sahibi məlum olmayan avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini 1965-ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb.

Hadisə zamanı mağazada  xəsarət alan olmayıb. Yalnız yük maşının sürücüsü  xəsarət alıb. Yaralı Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir./APA

 

***

17:21

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Qazax magistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb.

Qəza zamanı yük maşının sürücüsü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində mağazaya və yük maşına ziyan dəyib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar