Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
27 avqust 2022 15:50 (UTC +04:00)

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

0

Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2151

Oxşar yazılar