Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbr verir ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində 3 nəfər - 2010-cu il təvəllüdlü T.Tağızadə, 1979-cu il təvəllüdlü E.Quliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.