Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.
Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.
Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
06:49
Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü E.Vəliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Məlumata əsasən, onun iki azyaşlı övladı var.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
***
06:28
Goranboy rayonunda oğlu tərəfindən qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki,, mərhum rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Z. Əhmədova olub.
Məlumata əsasən, hadisəni qadının oğlu - 1987-ci il təvəllüdlü E. Vəliyev törədib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
***
06:22
Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1995-ci il təvəllüdlü J. Yolçuzadə və onun qaynanası yaşadıqları evdə bıçaqlanıblar. J. Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər qadının isə hadisə yerində öldüyü müəyyən edilib.
İlkin məlumata əsasən, hadisəni qadının oğlu törədib. O, anasını qətlə yetirib, həyat yoldaşını isə bıçaqlayıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs müharibə iştirakçısıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.