Bülent Ersoya soyadını  kim verib? - Özü AÇIQLADI
30 yanvar 2026 15:41 (UTC +04:00)

Bülent Ersoya soyadını kim verib? - Özü AÇIQLADI

0

Arabesk musiqisinin tanınmış ifaçısı Bülent Ersoy səhnə adının yaranma hekayəsini açıqlayıb. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi əsl soyadının “Erkoç” olduğunu bildirib.

O bu soyadın dəyişdirilməsində aktyor Müjdat Gezenin rolunun olduğunu qeyd edib.

Ersoyun sözlərinə görə, Müjdat Gezen “Erkoç” soyadının səslənişini sərt hesab edib və ona daha yumşaq tınılı “Ersoy” soyadını təklif edib.

Sənətçi bu təklifi qəbul etdikdən sonra musiqi dünyasında “Bülent Ersoy” adı ilə tanınmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar