Goranboyda bələdiyyə sədri zibillərə görə   cərimələndi
18 noyabr 2023 10:25 (UTC +04:00)

Goranboyda bələdiyyə sədri zibillərə görə cərimələndi

Goranboyda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbir zamanı rayonun Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki-əməliyyat tədbirləri nəticəsində rayonun Qızılhacılı qəsəbə sakini özünəməxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Oxşar yazılar