Goranboyda baba və nəvəni döyüblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə,
Goranboy rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kənd sakinləri 1999-cu il təvəllüdlü M. Mahmudov və 1943-cü il təvəllüdlü V. Nəbiyevin döyülməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı həmin şəxslərlə şəxsi münasibətlər zəminində dalaşaraq bədən xəsarətləri yetirən şəxsin R. Atakişiyev olması müəyyən edilib.
Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir.