Goranboyda AĞIR QƏZA:  Ölən var -YENİLƏNİB
11 dekabr 2022 15:50 (UTC +04:00)

Goranboyda AĞIR QƏZA: Ölən var-YENİLƏNİB

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alan Samux rayon sakinləri "VAZ 21099"-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncədə yerləşən tibb müəssisələrindən birinə aparılır.

***

saat 15.10

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

# 5046
avatar

Oxşar yazılar