Goranboy sakini döyülərək xəsarət alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayon mərkəzində baş verib.
1979-cu il təvəllüdlü Əhmədov Vasif Vaqif oğlu mübahisə zəminində döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Münaqişənin əsl səbəbi məlum deyil. Fakla bağlı araşdırma aparılır.