General Ərəblinskinin nəticəsi belə həlak olub - RƏSMİ AÇIQLAMA  - FOTO - YENİLƏNİB
27 avqust 2022 12:26 (UTC +04:00)

General Ərəblinskinin nəticəsi belə həlak olub - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

General Balakişi Ərəblinskinin nəticəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Marif oğlu “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində dünyasını dəyişib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. 

Araşdırma aparılır.

***

09:40

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

***

26 avqust, 19:06

General Balakişi Ərəblinskinin nəticəsi qəzada ölüb. 

Bu barədə Lent.az-a Zaqatalada yaşayan Ərəblinskilər ailəsindən məlumat verilib. 

Bildirilib ki, Vahid Ərəblinski bu gün Goranboy rayonu ərazisində baş verən avtomobil qəzasında həyatını itirib. 

Qeyd edək ki, V.Ərəblinski müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olub.


 

# 29610
avatar

Oxşar yazılar