Gəncədə zəncirvari qəza - xəsarət alan var
15 mart 2023 23:57 (UTC +04:00)

Gəncədə zəncirvari qəza - xəsarət alan var

Gəncədə 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ələkbər bəy Rəfibəyli küçəsi ilə Heydər Əliyev  prospektinin kəsişməsində  qeydə alınıb. 

Hərəkətdə olan “VAZ-2107”, “QAZ-24”,  və “Opel” markalı avtomobilər toquşub. Qəza zamanı 1 nəfər xəsarət  alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 

# 1425
avatar

Oxşar yazılar