Gəncədə tələbə dəm qazından boğulub öldü
05 aprel 2026 21:42 (UTC +04:00)

Gəncədə tələbə dəm qazından boğulub öldü

0

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2007-ci il təvəllüdü L. Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Məlumata görə L. Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Onun tələbə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar