Gəncədə qonşusunu qətlə yetirən qadın saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törəndən 1980-ci il təvəllüdlü Əhmədova Məhəbbət Qədir qızı tutulub.
İlkin dindirmə zamanı o, hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Saat 22:55
Gəncədə baş vermiş qətlin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 1989-cu il təvəllüdlü Əhmədova Məhəbbət Qədir qızı ruhi-əsəb xəstəsi olub.
Qonşuların verdiyi məlumata görə, hər iki qadının əvvələr də aralarında mübahisə olub. Məlumata görə, M.Əhmədova S.Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.
***
Saat 21:29
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızını bıçaqla qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Cinayəti törədən qadının saxlanılması istiqmətində əməliyyat-axtarış işləri gedir.
İlkin məlumata görə, hər iki qadın qonşu olub. Faktla bağlı araşdırma aparılır.