Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.
Lent.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Məlumatda o da bildirilir ki, meyiti tapılan Ümid Niftəliyev Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil alıb.
İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib.
Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.
***
18 iyun, saat 15:00
Gəncədə yeniyetmənin meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağı" adlanan ərazisində qeydə alınıb.
15 yaşlı Ü.M-nin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.
Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb olunub.
Hadisənin motivi araşdırılır.