Gəncədə intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, şəhər sakini Göyüş Quliyev yaşadığı evdə özünü yandıraraq, intihar etmək istəyib. Lakin yaxınları dərhal ona mane olub və xəstəxanaya çatdırıb.
Məlumata görə, yaralı Göygöl rayon Mərkəzi Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib. Onun hansı səbəbdən intihara cəhd etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.