Gəncədə evdə  PARTLAYIŞ:   86 yaşlı kişi...
30 noyabr 2021 14:13 (UTC +04:00)

Gəncədə evdə PARTLAYIŞ: 86 yaşlı kişi...

Gəncədə evdə qaz sızmasından partlayış olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin “Qırmızı qəsəbə” adlanan ərazisində, yaşayış evlərindən birində qeydə alınıb.

Evdə olan 86 yaşlı Musayev Həsən Xıdır oğlu bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, kişi yaşadığı evdə qaz sızması nəticəsində baş verən partlayış zamanı yanıq xəsarəti alıb.

 

# 1860
avatar

Oxşar yazılar