Gəncədə xiyardan zəhərlənənlər evə buraxılıb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
saat 09:26
Gəncədə bir ailənin 5 üzvü zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakinləri olan 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bazardan alınan xiyardan zəhərləndikləri ehtimal olunur.
Araşdırma aparılır.